5 Noyabr 2014 22:31
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mirmahmud Mirəlioğlu oxusun, öyrənsin”

Milli Şura rəhbərliyi ilə KXCP arasında mitinq qalmaqalı yenidən alovlanıb. Milli Şurada təmsil olunan, amma faktiki olaraq, qurumun tədbirlərində iştirak etməyən KXCP-nin mitinqlərə soyuq münasibəti qarşı tərəfi qıcıqlandırıb.

Oktyabrın 12-də keçirilən mitinqə qatılmayan KXCP sədri Mirmahmud Mirəlioğlunun noyabrın 10-da keçirilməsi planlaşdırılan mitinqdən xəbərsiz olduğunu deməsi yenidən qalmaqala səbəb olub.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal günahın KXCP sədrində olduğunu deyib:

“Bütün saytlar, qəzetlər mitinqlə bağlı xəbərlər yazır. Mirmahmud bəyin bundan xəbər tutması onun öz borcudur. O, partiya sədri kimi ictimai-siyasi arenada olan adamdır. Mitinqin keçiriləcəyi haqda qərardan xəbərsiz olması mümkün deyil. Digər tərəfdən, Mirmahmud bəy Koordinasiya Mərkəzinin iclaslarında iştirak etmədiyi üçün verilən qərarlardan da xəbərsiz olur. Halbuki, biz hər iclasdan öncə ona da xəbər veririk. İclasların keçirilməsi haqqında mərkəzin hər bir üzvünə bir gün öncədən mesajla vaxtı, yeri və müzakirə olunacaq məsələlər haqqında məlumat verilir. Mirmahmud bəyə də məlumat verilir, lakin o, iclaslarda iştirak etmir. İndi durub xəbərim yoxdur deyirsə, problem özündədir. Adama deyərlər, bilmirsən, oxu, öyrən. Yox istəmirsənsə, belə deməyə də haqqın yoxdur. Mirmahmud bəyə xüsusi dəvətnamə göndərməliyik? Biz toy etmirik”.

KXCP sədrinin müavini, Milli Şuradan istefa verən üzvü Xəzər Teyyublu barələrində deyilən fikirlərin onlar üçün əhəmiyyətsiz olduğunu söyləyib. X.Teyyublu qeyd edib ki, M.Mirəlioğlu atdığı addımları, dediyi sözləri düşünərək edir: “Əslində mitinq qərarının verildiyi iclasda iştirak etməyibsə, deməli, Mirmahmud bəy nə bu məsələdən xəbərdar olmağa, nə də bu qərarı dəstəkləməyə borcludur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər