25 İyul 2021 17:34
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayon polis şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Yoxlamalar zamanı Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl şəhərciyində keçirilən 3 toy məclisində karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, Bərdə rayon polis şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Yoxlamalar zamanı Qazıqurdalı və Hüseynalılar kəndlərində yerləşən 2 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər