6 Noyabr 2014 14:12
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arif Hacılı səmimi deyil. O üzdə qucaqlaşmaq təklifi edir, əslində isə öz legitimliyini qəbul etdirmək məqsədi daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılının narazıları partiyanın maraqlarına zərbə vurduğu barədə sözlərinə münasibət bildirərkən deyib: "Arif Hacılı heç vaxt səmimi olmayıb. O, səhər “qucaqlaşmaq” təklifi edir, günorta hədə-qorxu gəlir, axşam isə rəhbəri olduğu Müsavat üzvləri qrupunda qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir elətdirir. Hacılı öncə öz hərəkətlərini və qardaşının yazdıqlarını götür-qoy etsin, dəstəsinin üzvlərinin təftişini, şantajını dayandırsın və sonra müdrik çağırışlarını bəyan etsin.

Onun sözlərinə görə, A. Hacılı qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir etdirir: “O, əvvəlcə öz hərəkətlərini və qardaşının yazdıqlarını götür-qoy etsin, dəstəsinin üzvlərinin təftişini, şantajını dayandırsın və sonra müdrik çağırışlarını bəyan etsin. Müsavatda Arif Hacılının dəstəsinin qurultay oyunbazlığını qəbul etməyən çox sayda insan var. Saxtakarlığa qarşı mübarizə aparanların saxtakarlığı qəbul etməsi absurddur. Noyabrın 8-də çox məsələlərə aydınlıq gətirəcəyik”.

S. Əlisoy fraksiya yaratmaq ehtimalları haqda da danışıb. Onun sözlərinə görə, fraksiya fikirləri Arif Hacılının yuxusuna haram qatıb: “Fraksiya yaranacağı təqdirdə, populist addımlar ata bilməyəcəyini yaxşı bilir. Müsavat heç kimin dədəsinin malı deyil. Öz sağlamlığını, ömrünü Müsavatın fəaliyyətinə qurban verən insanlar var”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər