Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Araşdırmalarla onların Şirvan şəhər sakinləri Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.