Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Əkbərovun idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança və 8 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.