1 Avqust 2021 20:44
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırıb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdiyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb. Ailə qonşulara sığınıb. Ağabaxış Abdıyev oğlunun onu evdən qovduğunu deyərək əməlinə haqq qazandırmağa çalışıb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər