20 Avqust 2021 20:26
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda dağlıq ərazidə yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yerli sakinlərin sözlərinə görə, yanğının baş verdiyi ərazi Nazar çayının sağ sahilidir.

Əlavə məlumat veriləcək


Müəllif: Teleqraf.com