8 Noyabr 2014 18:05
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

“El” Hərəkatının sədri, politoloq Eldar Namazovun Finlandiyada Ermənistanın sabiq Milli Təhlükəsizlik naziri David Şahnazaryanla Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat imzalaması, həmin bəyanatın Ermənistanın maraqlarına xidmət etməsi ciddi müzakirə edilir. Ancaq bəlli olub ki, Namazov bu bəyanata tək imza atmayıb.

Belə ki, sözügedən bəyanata Eldar Namazovla birlikdə politoloq Zərdüşt Əlizadə, Leyla Əliyeva və hüquq müdafiəçisi Arzu Abdullayeva da imza atıb. Ancaq nədənsə yerli mətbuat ancaq Namazovun bu bəyanata imza atmasını qabardıb. Yeri gəlmişkən, mediada Namazovun kəskin tənqid edilməsi onun rəqiblərini sevindirib. Müxalifət mətbuatında heç kim Namazovu buna görə müdafiə etməyib.

Çünki AXCP Namazovla yollarını ayırıb, Müsavat isə onun “Düşüncə Mərkəzi”nə qatılmamasını əsas götürüb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər