29 Avqust 2021 10:38
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Balakürd kənd sakini Məhəmməd Zeynalov, Tatarlı kənd sakini Kənan Məmmədov və Qızılhacılı qəsəbə sakini Elman Məmmədov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər