31 Avqust 2021 10:58
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun yaydığı məlumata görə, Şabran rayon sakinləri - Mehram Ağayev, Əlsahib Ağasıyev və Reyhanə Yarıyevanın COVID-19 testlərnin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq, yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadığı ünvanlara geri qaytarılıblar.

Hər üç şəxs barəsində barəsində Şabran rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər