Balakəndə baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Talalar kəndi ərazisində baş verib.
Yevlax rayon sakini Nazim Hüseynovun idarəetdiyi yük avtomobili ilə Balakən rayon Talalar kənd sakini Ceyhun Orucovun idarəetdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan "VAZ 2107" markalı avtomobilin sürücüsü Ceyhun Orucov və onun avtomobilində olan sərnişinlər - sürücünün həyat yoldaşı, 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.