7 Sentyabr 2021 11:42
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı Ə.Cəfərovdan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o, idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov