24 Sentyabr 2021 02:01
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun Poylu qəsəbəsində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yaxınlıqdakı tikililər və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com