25 Sentyabr 2021 13:01
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maştağada məhkumun yaşadığı evdən silahlar götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilib.


Müəllif: Hacı Zeynalov