10 Oktyabr 2021 15:28
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 34 evdən və bir dövlət qurumundan oğurluq etməkdə ittiham olunan Ramin Qocayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Anar İbrahimovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Ramin Qocayevin barəsində Cinayət Məcəlləsinin 177.2.3-2-ci (neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 34 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Həmçinin Ramin Qocayev Bakı şəhər İcra Hakimiyyətinin Baytarlıq İdarəsindən oğurluq etməsi müəyyən olunub.

Həmin idarədə zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov