“Nağıl danışma, Arif Hacılı!”
Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuata son müsahiblərəindən birində partiyadakı narazılıqlardan danışıb. O, “Başqan seçilməsəydiniz, hansı addım atacaqdınız” sualına cavabında isə deyib ki, 20 ildən çoxdur ki, Müsavat Partiyasında fəaliyyət göstərirvə bu müddət ərzində partiyada keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan, müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı qaldığı vaxtlar olub: "Bu narazılığımı şəxsi söhbətlərdə həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olanlara demişəm. Sonra da şəhər kənarına çıxıb, ya da Zaqatalaya gedərək Qafqaz dağlarında gəzib, təmiz hava alandan sonra prtiyada fəaliyyətimi davam etdirmişəm".
Hacılı əlavə edib ki, əgər son qurultayda başqan seçilməsəydi, eyni ssenari təkrar olunardı.
Arif Hacılının bu fikirləri partiyadaşı Səxavət Əlisoyun ciddi narazılığına səbəb olub. Əlisoy sosial şəbəkələrdə Hacılını yalan danışmaqda günahlandırıb: “Nağıl danıma, Arif Hacılı. Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib Zaqatalaya getdin. Sən küsüb gedən günün axşamı partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi təsis olundu. O vəzifəni ideya müəllifinin adını də istəsən, çəkə bilərəm. Pənah Hüseyn. Amneziyan varsa, həkimə get. Yoxdursa, düz danış”.
Cavidan