Deputat: “Azərbaycanın ehtiyat etdiyi məsələ yoxdur”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasəti və parlament diplomatiyası haqqında danışıb.
Deputat bildirib ki, indiki dövrdə torpaq işğal etməklə hansısa böyük uğurlardan danışmaq mümkün deyil. Onun sözlərinə görə, 21-ci əsrin öz özəllikləri var və bu, artıq qloballaşmanın sürətli mərhələyə qədəm qoyduğu əsrdir: “1990-cı illərdə baş verən hadisələr qloballaşmanın xarakterinə ziddir və ona görə də başa çatdırıla bilmir. Bu səbəbdəndir ki, separatçı rejimlər müstəqil ola bilmirlər. Ziddiyət də bundan ibarətdir ki, imperiyapərəst qüvvələr hələ də 19-cu əsrdəki kimi düşənərək özlərinin ətrafında o mühti yaratmaq istəyirlər. Amma qloballaşmanın tələbləri və gedişi tamamilə bunun əksinədir. Ona görə də, imperiyapərəst qüvvələr üçün də asan deyil. Onlar təkcə bizim müstəqilliyimizə qarş yox, həm də qlobalaşmaya qarşı mübarizə aparırlar. Amma proseslər onların öz məqsədlərinə nail ola bilməyəcəyini göstərir. Artıq BMT dünyanı idarə edə bilmir. Ona görə də, qloballaşma yeni idarəetmə tələb edir. Bu baxımdan, Avropa İttifaqı gözəl modeldir. Dünyanı digər regionlarında da belə birliklər yaranacaqsa, dünya həmin birliklərin təmsilçiliyi ilə idarə oluna bilər. İşğalçı Ermənistan bu kimi dəyişikliklərə hazır olmalı və bunu qəbul etməlidlir. Bu baxımdan, Azərbaycanın ehtiyat etdiyi məsələ yoxdur. Çünki ölkəmiz iqtisadiyyatını gücləndirir, xalqın intellekti yüksəlir, mədəniyyətini tanıdır, ordusunu gücləndirir və dünyada tanınmaq üçün lazım olan bütün addımları atır. Bu işi sistemli şəkildə qura-qura gedirik. 10- 20 il sonra Azərbaycanan daha başqa imici olacaq.
Ermənistan isə başqa dövlətin aləti olmaqdan imtina edərək öz gələcək taleyini önə çəkməlidir. Bunun da yolu səmimiyyətdir, düzgünlükdür. Bunlar olmasa, erməni xalqı məhrumiyyətlərə düçar olacaq. Bunu o ölkədə bəziləri başa düşür ki, son 20 ildə Ermənistan deqredasiyaya uğrayır. Ona görə də, erməilərin bu regionda gələcəyi sual doğurur. Qloballaşma Ermənistanın müstəqil dövlət olmasını sual altında qoyur. İşğal olunmuş torpaqlarımızı, o cümlədən Qarabağı geri qaytarmağımıza gəlincə, buna şübhə etmirəm”.
Deputat qeyd edib ki, Azərbaycanın diplomatiya sahəsində uğurları çoxdur. Onun fikrincə, hazırda dünyanın 100-ə yaxın ölkəsində diplomatik missiya fəaliyyət göstərir: “Bu da Azərbaycanın artan siyasi nüfuzunun, imkanlarının nəticəsidir. Digər dövlət strukturları ilə yanaşı Milli Məclis də beynəlxalq əlaqələrinin genişlənməsinə böyük önəm verir. Hesab edirəm ki, parlamentlərarası əlaqələr bütövlükdə dövlətlər arasında olan münasibətlərin inkişafına müsbət təsir göstərir. Bu cəhətdən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aktiv fəaliyyət göstərir. Nəzərinizə çatdırım ki, bizim komitəmiz parlamentdə ən çox üzvü olan komitədir. Ümumilikdə isə, Milli Məclis beyənlxalq əlaqələrini genişləndirmək istiqamətində daim uğurlu fəaliyyət göstərir”.
Cavidan