Bu gün Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfrans keçiriləcək.
Tədbirlərdə Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov iştirak edəcək.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil etdiyi bu konfranslarda müxtəlif ölkələrdən olan 150-dən artıq din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlərin, ictimaiyyət nümayəndələrinin, beynəlxalq QHT-lərin rəhbərlərinin, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçilərinin iştirakı gözlənilir.
Nemət