6 May 2014 16:34
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq: “Bu mərkəz başqa işlərlə məşğul olur”

“Rusiyada Azərbaycan diasporunun fəaliyyəti zəifdir”.

Bu fikirləri Milli QHT Forumunun təşkilatçılığı ilə “Antiterror iddiası və erməni terrorizminə “dəstək”” mövzusunda keçirilən ictimai müzakirə politoloq Adıgözəl Məmmədov deyib. Onun sözlərinə görə, erməni terrorizminin təbliğatı istiqamətində işlər aparılmalıdır: “Azərbaycanda bu işlə məşğul olan dövlət qurumlarında işlər koordinasiya olunmuş şəkildə aparılmır. Beyin mərkəzlərinin bu sahədə öz araşdırmaları olmalıdır. Strateji Araşdırmalar Mərkəzi bilavasitə bu sahədə materiallar işləyib hazırlamalıdır. Ancaq son günlərdə məlum oldu ki, bu mərkəz başqa işlərlə məşğul olur”.

Politoloq deyib ki, Rusiya böyük dövlətdir və Azərbaycan belə hegamon dövlətlərlə baş-başa gələ bilməz. Onun sözlərinə görə, dövlətimiz böyük ölkələrlə balanslaşdırılmış siyasət aparmalıdır: “Necə ki, bu gün dövlət başçısı bu istiqamətdə düzgün siyasət aparır”.

BƏXTİYAR


Müəllif: