5 Dekabr 2021 10:55
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayon sakini Əli Mustafayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Əli Mustafayev rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Nərimankənd kənd sakini Mirhüseyn Hüseynov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib.

Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Sabirabad rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov