7 Dekabr 2021 00:39
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, bu zaman eyni istiqamətdə hərəkətdə olan “BMW”, “Hyundai” və “Mercedes” markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Müəllif: Teleqraf.com