8 Dekabr 2021 19:17
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda polis əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan Güntəkin Hümmətovun ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, özünə məxsus avtomobillə rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

G.Hümmətov barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər