17 Noyabr 2014 16:50
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qeyri-legitim saydığım qurumun haqqımda verdiyi qərarın heç bir önəmi yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Müsavat Divanını qərarı ilə partiyadan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən qərar onun üçün gözlənilən idi: “Mən Müsavat Partiyasının üzvüyəm. Bu gün də açıqlama vermişdim. Bu insanlar söz azadlığını həzm edə bilmirlər. Müsavatın növbədənkənar qurultayının çağırılması üçün əlimizdən gələn nə varsa, bütün potensialımızı qoyub mübarizə aparacağıq. Əminəm ki, saxtakarlıq adı Müsavatın adının üstündən götürüləcək. Bunların zehniyyəti plüralizmin nə olduğunu dərk etmir. Bunlar üçün ətrafında biət edən insanlar lazımdır, populist çıxışlar etsinlər, onları gurultulu alqışlarla qarşılasınlar və partiyanı sex və fabrik kimi idarə etsinlər. Biz bunu qəbul etmirik və buna görə də növbədənklənar qurultay çağrılmasına qədər mübarizə aparacağıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər