13 Dekabr 2021 10:22
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər Aybəniz Zeynalovanın bıçaqla hədələyərək, onun ümumilikdə 15 064 manat dəyərində qızıl-zinət əşyalarını, mobil telefonunu və pulqabısını aparıblar.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sənani Misirov və onun ögey bacısı Gülnar Həşimzadə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov