19 Dekabr 2021 10:36
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonu Türkədi kənd sakini Əli Ələsgərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ələsgərovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər