27 Dekabr 2021 20:56
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat keçirilib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.

Onların ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər üç şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Həmin şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər