Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Daxil olmuş məlumat əsasında Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Elməddin Bayramzadə saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin (patı) və heroin aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirlir.