15 Yanvar 2022 17:00
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərindən keçən “Union Pacific” qatarı həmişə oğruların hədəfində olur. Yük qatarı şəhərin mərkəzindən sürəti azaldıqca oğrular vaqonlara minir, tapdıqları hər şeyi oğurlayır və relsləri boş yeşiklərlə doldururlar.

Teleqraf.com xəbər verir ki, "Union Pacific” rəsmiləri Kaliforniyada artan yük oğurluğundan çox narahat olduqlarını və bu cinayətin qarşısını almaq üçün bir sıra addımlar atdıqlarını deyib.

Kameralara əks olunan görüntülərdə ölkənin hər bölgəsinə gedən yük paketləri arasında “Amazon”, “REI” kimi dünyaca məşhur mağazaların yük paketləri də var. Bildirilir ki, “Union Pacific” qatarının qıfıllarını kəsmək çox asan olduğu üçün oğruların işi asanlaşır.

Hətta jurnalistlər hadisə yerində olarkən, oğruların gündüz saatlarında da qatara basqın edərək konteynerləri qarət etdikləri görülüb. Los Anceles polisi “Union Pacific”in heç vaxt quldurluq hadisəsi ilə bağlı polisə məlumat vermədiyini bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər