Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.