17 Yanvar 2022 14:57
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda avtomobil dərəyə aşıb.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 16-da, saat 13 radələrində rayonun Şıxlar kəndi ərazisində baş verib.

Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Yardımlı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov