17 Yanvar 2022 17:19
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunun Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqfordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


Müəllif: Teleqraf.com