Bakıda 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, qəza zamanı 1968-ci il təvəllüdlü İbrahimova Nüşabə Əjdər qızı və onun oğlu, 2009-cu il təvəllüdlü Rəhmətov Yusif Elşən oğlu yaralanıb.
Xəstəxanaya yerləşdirilən N. İbrahimovaya hər iki diz oynağının və alın nahiyəsinin əzilməsi, E. Rəhəmətova isə sağ diz və sol bazu oynağının əzilməsi diaqnozu qoyulub.