Yanvarın 18-i saat 19:00-a olan məlumata əsasən gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.
ETSN-in Milli Hidrimetetorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.