Tanınmış fransız aktyor Qaspar Ulyel 37 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, aktyor Fransanın cənubunda yerləşən Rozyer dağ-xizək kurortunda digər xizəkçi ilə toqquşaraq ağır xəsarət alıb.
Kəllə-beyin travması alan aktyor helikopterlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qaspar Ulyel “Hannibal. Yüksəliş”, "Uzun izdivac", "Sen-Loran.Stil mənəm” və “Bu sadəcə dünyanın sonudur” filmləri ilə populyarlıq qazanmışdı.