28 Yanvar 2022 09:41
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Ələt-Astara magistral avtomobil yolunun 60-cı kilometrliyində yerləşən, ümumi sahəsi 1000 kv.m olan birmərtəbəli mağazanın yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com