31 Yanvar 2022 12:44
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, yanvarın 29-da saat 20 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində 2-ci Şahsevən kənd sakini Elşad Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov