2 Fevral 2022 11:12
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail rayon Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir.

N.Hüseynov aidiyyəti üzrə təhvil verilib.

Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər