7 Fevral 2022 10:32
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 6-də, saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Ağcabədi rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər