14 Fevral 2022 12:44
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 13-da, saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin aralarında baş vermiş mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirmiş, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər