İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Xocavənd rayon polis şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.
Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.