Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasından Teleqraf.com-a bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb.
Qeyd olunub ki, digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.
Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
* * *
15:08
Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.