Zərdab rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib.
Aqil İmranovun narkotiki satdığı şəxslər də müəyyən olunub və həmin şəxslərdən də marixuana götürülüb.
Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Aqil İmranov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.