22 Fevral 2022 15:52
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində əməliyyat keçirib, saxlanılanlar var.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən buildirillib.

Abşeronda əməliyyat kecirilməsi ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

***

15:25

Yaxın dəqiqələrdə Abşeron rayonunda səs-küylü həbslər olub.

Teleqraf.com xəbər verir ki, şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.

Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.

Əlavə məlumat verməyə çalışacağıq.


Müəllif: Hacı Zeynalov