24 Fevral 2022 15:47
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Tərtər rayon Prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər