26 Fevral 2022 09:26
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində yaşadığı ünvanda qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Rayon sakini Rüstəm Həmzəyevin yaşadığı ünvana baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların başları aşkarlanıb.

Ev sahibi ifadəsində həmin ətləri sümükdən ayıraraq Bakı şəhərində satmaq məqsədində olduğunu bildirib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətlərdən müvafiq nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.

Faktla bağlı təhqiqat araşdırmaları aparılır.


Müəllif: Hacı Zeynalov