Futbol meydanında yaşanan növbəti kurioz hadisə bu dəfə də diqqətdən yayınmayıb. Beləliklə, hər həftə olduğu kimi, ötən həftə sonu da futbol meydançalarında maraqlı hadisəsiz ötüşməyib.
Teleqraf.com xarici KIV-ə istinadən xəbər verir ki, Boliviya çempionatında hakim futbolçuya bəlkə də, futbol tarixin “ən axmaq” qırmızı vərəqəsini göstərib.
Qırmızı vərəqəyə səbəb “Bolivar” klubunun müdafiəçisi Luis Qutyerres cərimə zamanı əlindəki topu ehmalca rəqib futbolçunun başına vurması olub. O, buna görə hakim tərəfindən sərt şəkildə cəzalandırılıb.