Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə martın 5-də Şəki rayon sakini S.İsmayıllının bank hesabından 483 manat pulunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş N.Cəbrayılzadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.