Naməlum şəxslər Moskvada VDNX-dəki (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi - red.) “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə məlumat veriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS"a təcili xidmətlərdəki mənbə xəbər verib.
"XTNS-nin “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Yoxlama aparılır", - deyə mənbə bildirilib.