24 Noyabr 2014 16:43
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qubad İbadoğluna qarşı heç bir haqsızlıq yoxdur”

Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Qubad İbadoğlu ümumrespulika müşavirəsində partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasını (MNTK) sərt tənqid edib.

O qeyd edib ki, MNTK sədri Sevinc Hüseynova onlara qarşı qərəzli davranır: “MNTK tərəf ola bilməz. Sevinc Hüseynova tərəfə çevrilib. Hesab edirəm ki, Müsavat Partiyası demokratik üsulla idarə olunmalıdır”.

Q.İbadoğlu təklif edib ki, MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın, partiyadan çıxarılanlar Müsavata qaytarılsın və partiya Nizamnaməsi nəzərə alınaraq, növbədənkənar qurultay çağırılsın.

Türkiyədə olduğu üçün sözügedən müşavirədə iştirak etmədiyini söyləyən Sevinc Hüseynova Teleqraf.com-a açıqlamasında deyib ki, Q.İbadoğlu onun sədrliyinə baxılmasını təklif edə bilməz: “Çünki MNTK-nın sədr məsələsinə qurumun üzvləri baxır, Qubad bəy baxmır. 8 nəfər üzvdən isə 7-si mənim lehimə səs verib. Bundan başqa Qubad bəy əvvəlcə niyə görə qərəzli davrandığımı izah eləsin. O, qurultaydan sonra arayış vermişdi. Həmin arayışa bənd-bənd rəy yazılıb. Həmin rəyə cavabda Qubad İbadoğlu bizim yazdığımızı yenidən təkrarlamışdı. Qərəz o vaxt olar ki, biz Qubad bəyə nizamnaməyə uyğun olmayan cəzalar verərdik. Qubad İbadoğluna qarşı heç bir haqsızlıq yoxdur. MNTK əslində şikayət ərizəsinə baxır. Biz ona hörmət edib arayışına baxmışıq. Protokollara əsasən arayışa cavab yazıb vermişik. Arayışda heç bir nizamnamə pozuntusu aşkarlanmayıbsa, onun yazdığı iradların heç birinin əsası olmayıbsa, yazdığımız obyektiv rəy ortalığa çıxıbsa, bunun nəyi qərəz olur? Nizamnamənin əksinə olaraq qeyri-qanuni şəkildə Qubad bəyin yazdıqlarını təsdiq etsəydik, onda tərəfsiz olacaqdıq? Biz elə tərəfsizliyimizi qoruyub o cür rəy yazıb vermişik. Qubad bəy qərəz sözünün arxasında nə durduğunu göstərsin”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər