26 Noyabr 2014 02:49
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycana qarşı ermənilər və onların təsirində olan təşkilatlar təxribat törədiblər. Sevindirici haldır ki, tədbirdə iştirak edən Azərbaycan QHT rəhbərləri və mətbuat nümayəndələri bunun qarşısını aldılar. Təəssüflər olsun ki, ermənipərəst QHT-lərin mənfur addımlarına Azərbaycanda da haqq qazandıranlara rast gəlindi. Erməni dəyirmanına su tökənlər bilməlidilər ki, onların əməlləri daim ifşa olunacaq. Cidanı çuvalda gizlətmək mümkün deyil. Əvvəllər bəzi Azərbaycan QHT-ləri beynəlxalq tədbirlərdə ermənilərlə əməkdaşlıq ediblər, birgə layihələr həyata keçiriblər və Azərbaycanın maraqlarına zidd addımlar atıblar. Amma son illər bu kimi halların sayı azalıb. Ona görə ki, QHT-lərə Dövlət Dəstəyi Fondu yaradılıb və dövlətçiliyə, milli maraqlara xidmət edən təşkilatlar formalaşıb, onlar xaricdə Azərbaycanı layiqincə təmsil edirlər. Batumidə Çexiyanın “People in Need” təşkilatının ermənipərəst aksiyası məhz həmin milli qüvvələr tərəfindən ifşa olundu".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətləri Araşdırma Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov bildirib. Onun sözlərinə görə, hələ noyabrın 5-də Avronest Parlament Assambleyasının Brüsseldəki iclasında ermənilər Dağlıq Qarabağda yaradılmış QHT-lərin Batumi forumunda iştirak etməsini rəsmiləşdirməyə cəhd göstəriblər: "Amma bunun qarşısı alındı. Azərbaycanın maraqlarını hər şeydən üstün tutan Milli Platformanın üzvləri etimadı doğrultdular və onlar ermənilərin layiqli cavabını verdilər”.

R.Qonaqov onu da qeyd etdi ki, insan haqları, demokratiya Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilməməlidir: "Azərbaycanda insan haqlarının qorunması, demokratik azadlıqların təmin edilməsi üçün gərəkən addımlar atılır. Problemlər varsa, həll edilir. Amma bu, ermənipərəst qüvvələrin əlində vasitəyə çevrilməməlidir. Hesab edirəm ki, dövlətçiliyə və milli maraqlara xidmət edən QHT-lər Çexiyanın “People in Need” təşkilatı ilə əməkdaşlığa son qoymalıdırlar".

Ayxan


Müəllif:

Oxşar xəbərlər